Kral Çarlz yeni kitabını yazdı

Kral Çarlz yeni kitabını yazdı

Kral III Çarlz həmişə müəllif və sadiq ekoloq kimi tanınıb. O, bu yaxınlarda taxta çıxdıqdan sonra ilk kitabının həmmüəllifi olub.
 

Sfera.az bildirir ki, Kral Çarlz kitabı “Natural England” sədri Tony Juniper ilə birlikdə yazıb. Cütlük cümə günü kralın Bukingem sarayında dünyanın hər yerindən ətraf mühit nazirləri üçün ziyafət verərkən görüşüb.
 

Çarlzın bu dəfə yazdığı kitab mövzu baxımından digər nəşrlərindən fərqlənir. Belə ki, bu kitab böyüklər deyil, xüsusi olaraq uşaqlara yönəldilməsi ilə fərqlənir.
 

Yeni kitab onun 2017-ci ildəki "İqlim Dəyişikliyi" əsərinin yeni nəşri olacaq. Layihə o, kral olmamışdan əvvəl başlasa da, yalnız indi taxta çıxdıqdan sonra tamamlanıb.


Çarlz Toni və iqlim üzrə alim Emili Şukburqla birgə kitabın baş müəllifi olacaq. Çarlz gələn ayın sonunda dərc edilməli olan mətnə ​​son söz yazıb.
 

"Düşünürəm ki, o, bəşəriyyətin üzləşdiyi ən aktual məsələlərdə görkəmli lider kimi tanınır. Onun bu gün burada olması həqiqətən də mövzunun əhəmiyyətini vurğulayır. Ümid edirəm ki, bu, hər kəsi həll yollarını tapmaq üçün daha da çox işlər görməyə ruhlandırır. Düşünürəm ki, Gənclərin bu mövzularda göstərdiyi enerji və ehtiras səviyyəsi onu heyrətə gətirib”- deyə “Natural Englan sədri layihə haqqında bildirib.



Xatırladaq ki, Kralın tacqoyma mərasimi mayın 6-na təyin edilib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...