Logo

Makrona sui-qəsd etmək istəyənlərə hökm oxundu

Makrona sui-qəsd etmək istəyənlərə hökm oxundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransa məhkəməsi ifrat sağçı qrupun üç üzvünü prezident Emmanuel Makrona sui-qəsddə təqsirli bilib.

Onlar bir ildən üç ilədək müddətə azadlıqdan məhrum ediliblər.

İttiham tərəfinin dediyinə görə, “Les Barjols” kimi tanınan radikal millətçi qrupun üzvləri dövlət çevrilişi etməyi planlaşdırıblar.

Onlar Fransa prezidentinə qarşı sui qəsdi Fransanın Birinci Dünya Müharibəsinin bitməsi ilə əlaqədar təşkil etdiyi təntənəli tədbirdə həyata keçirməyi planlaşdırıblar.

Onlar bıçaqla silahlanıb və Fransa Prezidentini soyuq silahla öldürmək istəyiblər.

Ekstremistlərin vəkilləri qruplaşmanın dəqiq fəaliyyət planının olmadığına təkid edirdilər.

Buna baxmayaraq, Fransa məhkəməsi hər üç şəxsi terror aktı hazırlamaq üçün sui-qəsddə təqsirli bilib və onları bir ildən üç ilə qədər müddətə azadlıqdan məhrum ediliblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR