Solovyov bu cümləsi ilə gündəm oldu: “London  silinəcək!"

Solovyov bu cümləsi ilə gündəm oldu: “London  silinəcək!

Rusiyalı telejurnalist Vladimir Solovyovun son çıxışı Qərb mediasında gündəm olub.

 

Sfera.az bildirir ki, aparıcı  yenidən təhdiddolu açıqlamalar  verib. Belə ki, "Rossiya 1" kanalında yayımlanan proqramda Ukraynanın Britaniya raketlərindən istifadə etməsi müzakirə edilib.  Analitiklərindən biri rəsmi Londonun Kiyevi “Harpun” gəmi əleyhinə raketlər və ya “Storm Shadow” tipli raketlərlə təchiz etməsi ehtimalı ilə bağlı Britaniya mediasının xəbərindən sitat gətirib.

 

“Britaniya mətbuatı “Biz onlara cəhənnəmi göstərəcəyik” deyirlər. Buradakı “biz”, ruslardır. Ukrayna bu cür silahlardan Krıma zərbələr endirmək üçün istifadə edə bilər. Bu da potensial olaraq münaqişədə böyük gərginlik yaradar. Onlar həmişə rusların öldürülməli olduğunu söyləyirlər”, deyə bildirib.

 

Solovyov isə “Ruslarla bağlı problemləri var. Onlar bu qədər asan təslim olmayacaqlar”, deyə qarşılıq verib. Ardınca aparıcı kameraya dönərək sehrbazsayağı əl jestləri ilə bu fikirləri səsləndirib: “London  silinəcək! Toz olacaq!”.

 

Daha sonra Solovyov “Yoxsa ingiliscə deməliyəm?” deyə qonaqlarından soruşub. O, sözügedən dildə “Cəhənnəmdə yan!” söyləyərək, “Bu daha yaxşıdır, hə?”, cümləsi ilə verilişin iştirakçılarına müraciət edib.

 

Qeyd edək ki, Vladimir Solovyov Kremlin təbliğatçısı kimi tanınır və Rusiyanın Ukraynada apardığı müharibəyə haqq qazandırır.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR