İsa Məsihin heykəli Türkiyə bayrağına büründü – FOTO
Kateqoriya məlum deyil
İsa Məsihin Braziliyinanın Rio-de-Janeyro şəhərində olan heykəli Türkiyə və Suriyada baş verən zəlzələlərdə həyatını itirənlərin xatirəsinə işıqlandırılıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən heykəldə Türkiyə və Suriya bayraqları, eləcə də “Türkiyə və Suriya üçün dua edin” mesajı əks olunub.
Braziliya rəsmiləri bununla hər iki ölkədə həyatını itirən 42 min insanın xatirəsini yad etdiklərini bildiriblər.
Xatırladaq ki, bir neçə gün öncə həmin heykəli ildırım vurmuşdu.
Lalə
Sfera.az














