Ən böyük müxalifət qəzeti FƏALİYYƏTİNİ DAYANDIRDI
Kateqoriya məlum deyil
Macarıstanda ən böyük müxalifət qəzetlərindən olan "Nepszabadsag" ("Xalq azadlığı") fəaliyyətini dayandırıb.
Report xəbər verir ki, bu barədə şənbə günü qəzet əməkdaşları məlumat yayıb.
Onlar bunun iqtisadi səbəblərlə bağlı olduğunu bildiriblər. Qəzet sahibinin nümayəndəsi qərarın "yeni formul və konsepsiyanın reallaşdırılmasınadək" qüvvədə qalacağını qeyd edib.






