Logo

Rusiya Avstriyanın 4 diplomatını ölkədən çıxarır

Rusiya Avstriyanın 4 diplomatını ölkədən çıxarır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya cavab tədbiri qismində Avstriya səfirliyinin dörd əməkdaşını ölkədən çıxarır.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyini məlumat yayıb.

"Cavab tədbiri qismində Avstriya Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin 4 əməkdaşı “arzuolunmaz şəxs” elan edilib. Onlardan fevralın 24-nə qədər ölkəni tərk etmək tələb olunub", - XİN-in məlumatında deyilir.

Artıq Avstriya səfirinə müvafiq nota təqdim edilib.

Xatırladaq ki, daha əvvəl Avstriya Rusiyanın 4 diplomatını “arzuolunmaz şəxs” elan edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR