“Ukraynada 18 milyon insanın yardıma ehtiyacı var” - BMT

“Ukraynada 18 milyon insanın yardıma ehtiyacı var” - BMT

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada müharibədən zərər çəkmiş milyonlarla insana 5,6 milyard dollar yardım göstərilməsini istəyib. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən Cenevrədə mətbuat konfransı keçirilib. 


BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım üzrə koordinatoru Martin Qriffits və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi iclasda məruzəçi qismində iştirak ediblər. 


Qriffits bildirib ki, onlar bu il Ukraynada humanitar yardım planı çərçivəsində 3,9 milyard dollar dəstək istəyiblər.

 

"Bu vəsaitin 11 milyondan çox insana çatdırılması nəzərdə tutulub”, - deyən Qriffits bildirib ki, Ukraynada 18 milyon insanın yardıma ehtiyacı var:

 

“Ukraynadakı müharibə nəticəsində 7155 mülki vətəndaş həyatını itirib. Bu ölkədə humanitar vəziyyətin sürətlə pisləşməsi müşahidə edilir. Ukraynada qaçqın böhranı səbəbilə 6 milyona yaxın insan ölkə daxilində didərgin düşüb. Bu vəziyyət dünyanın ən böyük qaçqın böhranlarından biridir”.


Vasif


OXŞAR XƏBƏRLƏR