Mirzoyan Türkiyənin zəlzələ bölgəsinə gedir
Kateqoriya məlum deyil
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, səfər sabah, fevralın 15-də baş tutacaq. Mirzoyan Adıyamanda zəlzələ bölgəsinə baş çəkəcək və buradakı erməni xilasedicilərlə görüşəcək.
Səfər zamanı Mirzoyan Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.






