Daha bir ölkədə güclü zəlzələ baş verdi - FOTO
Bu gün Rumıniyanın cənub-qərbində yenidən 5,7 bal gücündə zəlzələ baş verib. Məlum olub ki, bu, son 48 saat ərzində ikinci təkanlardır.
Sfera.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji İnstitutu “Twitter” səhifəsində məlumat yayıb.
Seysmoloqların məlumatları zəlzələnin 5,7 bal gücündə olduğunu göstərir. Onun episentri 100 min nəfərə yaxın əhalisi olan Tarqu Jiu şəhərindən cəmi 9 km aralıda olub
“14 fevral 2023-cü il tarixində saat 15:16:57-də (Rumıniya vaxtı ilə) Valaxiya əyalətinin Olteniya şəhərində 40 km dərinlikdə EWS 5,7 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri əhalisi 100 min nəfərdən bir qədər az olan Tarqu Jiu şəhərindən cəmi 9 km şimal-qərbdə yerləşib.
İtkilər və dağıntılar barədə hələ ki Rumıniya hakimiyyət orqanlarından məlumat verilməyib.
Yeraltı təkanları qonşu ölkələrin sakinləri də hiss ediblər. O cümlədən Ukrayna sakinləri. Xəritədə zəlzələnin gücünün çatdığı zonalar göstərilib.
Xatırladaq ki, bazar ertəsi, fevralın 13-də Rumıniyanın cənub-qərbində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Rumıniya Milli Geofizika İnstitutunun məlumatına görə, daha sonrakı maqnituda 5,2 bal olub və o, 16,5 km dərinlikdə baş verib.
Qeyd edək ki, 13-nə olan son məlumatlara görə, Türkiyədə zəlzələlər zamanı 31 643 nəfər ölüb. Hakimiyyət ölkənin cənubunda yerləşən Nurdağı şəhərini bərpa etmək mümkün olmadığı üçün onu sökmək qərarına gəlib.
Aynil







