Türkiyədə zəlzələ nəticəsində neçə ev zərər görüb? - Çoxu sığortasızdır

Türkiyədə zəlzələ nəticəsində neçə ev zərər görüb? - Çoxu sığortasızdır

Türkiyənin zəlzələ baş verən ərazilərində yerləşən və ciddi zərər görən binaların 51,6%-i sığortasızdır.


Sfera.az rəsmi qurumların açıqladığı məlumatlara istinadən xəbər verir ki, 10 əyalətdə baş verən zəlzələdən 2 milyon 175 min ev zərər çəkib. Onların 48,37 faizi zəlzələ sığortasına sahib olub. 


Rəsmi məlumata əsasən, Türkiyədə 20 milyon 32 min ev var. Evlərin 55,4 faizi, yəni 11 milyon 96 min 931-i zəlzələyə qarşı sığortalanıb. 


Aparılan müayinələr nəticəsində bəlli olub ki, zəlzələ baş verən ərazilərdə dağılan və ciddi zərər gördüyündən sökülməsi vacib olan binaların sayı 41 min 791-dir. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR