Rusiyada da pensiyaçıların sayı AZALIR

Rusiyada da pensiyaçıların sayı AZALIR

2023-cü il yanvarın 1-nə olan məlumata əsasən, Rusiya Sosial Fondunda (Pensiya Fondu ilə Sosial Sığorta Fondunun birləşməsi nəticəsində yaranıb) qeydiyyatda olan pensiyaçıların sayı 232 min nəfər azalaraq 41,78 milyon nəfər olub. 


Sfera.az xəbər verir ki, Rusiyanın əhalisinin sayı 146 milyon nəfərdir. Onların 28,6 faizi pensiyaçıdır. 


Bu, mülki pensiyaçıların sayıdır. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi və digər hüquq-mühafizə orqanları sistemindən pensiyaya çıxanların sayı ayrıca hesablanır. Onların da sayı nəzərə alınarsa, məlum olur ki, Rusiyada pensiyaçıların sayı daha çoxdur. Ümumilikdə, Rusiyada əhalinin 30 faizindən çoxu pensiyaçıdır. 


Rusiyada 2019-cu ildən sonra pensiyaçıların sayı azalır. Pensiyaçıların sayı 2019-cu ildə 43,9 milyon nəfərə yüksəldikdən sonra, 3 il ərzində 2,1 milyon nəfər azalıb.  
Rusiyada pensiyaçıların sayının azalması pensiya yaşının artırılması ilə bağlıdır. 


Hazırda qadınlar 56,5 yaşda, kişilər 61,5 yaşda pensiyaya çıxır. 2024-cü ildən qadınlar 58 yaşda, kişilər 63 yaşda pensiyaya çıxa biləcək. 


Rusiyada pensiyaçıların aldığı pensiyanın orta məbləği isə 20,7 min rubldur (478 manat).


Vasif
 


OXŞAR XƏBƏRLƏR