Sabiq deputatın oğlu iş adamının maşınını qaçırıb, qəza törətdi - FOTOLAR
Kateqoriya məlum deyil
Ermənistanda gecə saatlarında tanınmış iş adamı, “Ararat” şərab-konyak zavodunun direktoru Armen Sarkisyana məxsus avtomobil qaçırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Bildirilir ki, qaçırılan maşın İrəvan-Meğri avtomobil yolunda, Zod körpüsünün yaxınlığında qəzaya düşüb.
Məlum olub ki, avtomobil Milli Assambleyanın keçmiş deputatı, “Oktyabrdan Novo” ləqəbli Nahapet Qevorqyanın oğlu tərəfindən qaçırılıbmış. Qəzanı törədən deputatın oğlu xəstəxanaya yerləşdirilib. Onun barəsində cinayət işi açılıb. (unikal)








