Zəlzələdə uçan binalara görə 41 nəfər saxlanıldı - YENİLƏNİB
Türkiyənin Diyarbakır, Qaziantep və Şanlıurfa əyalətlərində zəlzələ zamanı uçan binalarla bağlı 41 nəfər saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Hazırda araşdırmalar davam edir.
***
16:34
Türkiyədə zəlzələ nəticəsində uçan binalarda aşkarlanan tikinti qüsurları ilə bağlı səkkiz nəfər barəsində qanuni tədbir görülüb.
Sfera.az Habertürk-ə istinadən xəbər verir ki, həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində doqquz saatlıq fasilə ilə 7,7 və 7,6 maqnitudalı zəlzələlər baş verib. Ardınca yüzlərlə afterşokun qeydə alındığı yeraltı təkanlar Türkiyənin 10 vilayətini əhatə edib.
Son məlumatlara görə, Türkiyədə zəlzələ qurbanlarının sayı 21 min nəfəri ötüb.






