Logo

“Türkiyədəki zəlzələ 500 atom bombasının təsirinə və enerjisinə malik olub” - AFAD

“Türkiyədəki zəlzələ 500 atom bombasının təsirinə və enerjisinə malik olub” - AFAD
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Nəticələr baxımından Türkiyədə baş verən zəlzələ 500 nüvə bombasının partlaması ilə müqayisə oluna bilər".

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Hallar Xidmətinin Riskin Azaldılması Departamentinin rəhbəri Orxan Tatar məlumat verib.

"Zəlzələnin müddəti 2 dəqiqə olub, onun dağıdıcı təsiri eyni zamanda 500 atom bombasının partlaması ilə müqayisə olunur", - Tatar bildirib.

Xatırladaq ki, fevralın 6-da səhər tezdən Türkiyənin cənubunda, eləcə də Suriyanın şimal-qərbində yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin maqnitudası 7,4-7,7-yə çatıb.

Hər iki ölkədə qeydə alınan təbii fəlakətlər nəticəsində qurbanların sayı 25 minə yaxındır.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR