Logo

10 generalı işdən çıxartdı

10 generalı işdən çıxartdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya prezidenti Vladimir PutinDaxili İşlər Nazirliyinin 10-dan çox generalını işdən azad edib.

Sfera. Az APA-a istinadən xəbər verir ki, Rusiya DİN-in təşkilati və həll olunmuş işlər üzrə İdarəsinin rəisi general mayor Leonid Vedenov, DİN-in mülki mühafizə xidmətinin rəisi polis general-leytenantı Sergey Lebedev, onun müavini general-mayor Aleksandr Qrişenko, xidmətin xüsusi tapşırıqlar mərkəzinin rəisi general-mayor Aleksandr Jilkin, DİN-in operativ müdaxilə qüvvələrinin xüsusi tapşırıqlar Mərkəzinin rəisi general-mayor Dmitri Dayiniçenko, Uzaq şərq Federal əyaləti üzrə nəqliyyatda polis idarəsinin rəisi general-mayor Sergey Serikov və operativ müdaxilə qüvvələrinin aviasiya üzrə xüsusi tapşırıqlar Mərkəzinin rəisi general-mayor Vyaşeslav Xaustov vəzifələrindən azad ediliblər.

Hüquq-mühafizə orqanlarındakı mənbənin TASS-a verdiyi məlumata görə, S. Serikov istisna olmaqla, vəzifəsindən azad olunan generalların rəhbərlik etdiyi qurumlar bundan sonra Milli Qvardiyaya tabe olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR