Bu məşhur da zərərçəkənlərə yardım göndərdi
Kateqoriya məlum deyil
Nüsrət də zəlzələ qurbanlarına yardım edib.
Sfera.az“CNN Türk” kanalına istinadən xəbər verir ki, Kahramanmaraşda zəlzələdən zərər çəkənlərə məşhurların yardımı davam edir.
Məlumata görə, dünyaca məşhur qəssab və aşbaz, türkiyəli biznesmen Nüsrət Gökçə də millətinin dar günündə onu tək qoymayıb. O, yemək və paltar dolu yük maşını ilə zəlzələ bölgəsinə dəstək olub.
“Instagram” hesabında paylaşdığı videoda komandasının TIR-a ərzaq və geyim olan yardım qutuları və bağlamaları yüklədiyini göstərən Gökçə "Bu gün o gündür. Hamımız birlikdə olaq" mesajını verib.






