Zəlzələ bölgəsinə göndərilən ikinci əl geyimlərlə bağlı suallara RƏSMİ CAVAB
Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə yardım məqsədilə toplanan əşyaların geri qaytarılması ilə bağlı məlumatlar yayılıb.Yalnız Azərbaycanda deyil, Türkiyənin özündə də ikinci əl əşyaları toplayan insanların apardıqları yardımların geri çevirildiyi bildirilib. AFAD və Qızıl Aypara Cəmiyyəti tərəfindən verilən “İkinci əl paltarları gətirməyin”, açıqlaması sosial şəbəkə istifadəçilərində çoxsaylı suallar yaradıb.
Sfera.az xəbər verir ki, Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık bütün bunlarla bağlı CNN TÜRK-ə açıqlama verib.
“Bizə ədyal və qızdırıcılar lazımdır. Çadırlar üçün qızdırıcıya ehtiyacımız olacaq. Palto, ayaqqabı, paltar lazımdır. Amma ikinci əl deyil, istifadə olunmamış olmalıdır. Çünki ikinci əl əşyaları işimizin uzanmasına səbəb olur. Bu cür geyimlər virus yaya, problemləri daha da artıra bilər. Ona görə də, xahiş edirik ki, istifadə edilməmiş geyimlər göndərsinlər".






