TYH və “Pegasus” zəlzələ zonasından bütün uçuşları pulsuz etdi
Kateqoriya məlum deyil
“Pegasus” və Türk Hava Yolları ölkənin zəlzələ zonasından bütün uçuşların pulsuz olduğunu açıqlayıb.
Sfera.az bildirir ki, müvafiq məlumat şirkətlərin rəsmi sosial media hesablarından verilib.
Bildirilib ki, Adana, Diyarbəkir, Elazığ, Kayseri, Malatya, Kahramanmaraş, Qaziantep və Şanlıurfa hava limanlarından 12 fevral 2023-cü il tarixi də daxil olmaqla, bütün daxili birbaşa reyslər ödənişsizdir.






