Logo

Paşinyan Ərdoğana zəng etdi: "Təyyarə havaya qalxmağa hazırlaşır"

Paşinyan Ərdoğana zəng etdi: "Təyyarə havaya qalxmağa hazırlaşır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Sfera.az xəbər verir ki, bu barədə Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir ölkənin cənub-şərq bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə prezidentinə və xalqına başsağlığı verib və dəstəyini bildirib. Paşinyan bütün yaralıların tezliklə sağalmasını arzulayıb və əlavə edib ki, Ermənistan Respublikasının xilasedici qüvvələrini fəlakət bölgəsinə aparan təyyarə Yerevanın “Zvartnots” hava limanından havaya qalxmağa hazırlaşır", - məlumatda deyilir.

Ərdoğan Ermənistanın baş nazirinə verdiyi dəstəyə görə təşəkkür edib və Türkiyə hökumətinin Ermənistanın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edərək, bu addımın həm də iki ölkə arasında gələcək dialoqun dərinləşdirilməsi baxımından atıldığını vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR