İlk dəfə valideyn olduqlarını demişdilər - 10 il əvvəl qızını doğulduğu gün tərk edib

İlk dəfə valideyn olduqlarını demişdilər - 10 il əvvəl qızını doğulduğu gün tərk edib

Bir neçə dəqiqə əvvəl dünyaya gələn körpəni doğum otağında qucağına alıb, alnından öpdü, sonra anasına qaytardı və bayıra çıxdı... Bir daha nə zəng vurdu, nə də soruşdu. Bir sözlə, getdi. O qızın indi 10 yaşı var və indiyə qədər ata sevgisinin nə olduğunu bilmədən böyüyüb.



Söhbət kimdən gedir? Paris Hiltonun keçən il evləndiyi və bu il surroqat ana vasitəsilə oğlan uşağı dünyaya gətirdiyi əri Karter Reumdan. Hər kəs Hilton ailəsinin varisləri olan Paris Hilton və Reumun bu yaxınlarda dünyaya gələn oğlu haqqında danışır, lakin bu, Reumun ata olmaqda ilk təcrübəsi deyil.



Böyük ailə hər kəsin bildiyi kimi deyil: Belə çıxır ki, uşaqları arasında ayrı-seçkilik edir.



Sfera.az bildirir ki, Paris Hiltonun günlərlə davam edən təmtəraqlı mərasimlə evləndiyi Karter Reum 10 il əvvəl ilk dəfə ata olub. Həmin vaxt birlikdə olduğu televiziya ulduzu Laura Bellizzi qız övladı dünyaya gətirib. Lakin Evie adlı körpə dünyaya gələn kimi Reum onu ​​tərk edib. “Daily Mail” qəzetinin iddiasına görə, Reum kiçik qızını sevmədən doğum otağında yalnız bir dəfə öpərək qoyub.



Qəzetə danışan mənbə həmin ağrılı anları belə təsvir edib: "Doğulduqdan bir neçə dəqiqə sonra Karter balaca körpəni qucağına alıb. Sonra alnına öpüş qoyub və anasına qaytarıb". Həmin mənbəyə görə, Reum dünyaya gələndən dərhal sonra gördüyü və yalnız alnından öpdüyü qızı Evie haqqında soruşmaq üçün belə bir daha zəng vurmayıb. Onu anası Laura Bellizzi ilə birlikdə doğum otağında qoyub öz həyatına davam edib.



Bu mənbənin dediyinə görə, Evi atasını ümumiyyətlə tanımadan bu yaşa çatıb: mətbuatda çıxan fotolardan başqa onu nə görüb, nə də onun haqqında eşidib. “Daily Mail”ə danışan mənbənin sözlərinə görə, Evie hələ kiçik olmasına baxmayaraq atasının Paris Hiltondan körpəsi olduğunu öyrənib və o, körpənin eyni şəkildə tərk ediləcəyindən narahatdır.



Bildirilir ki, Evinin anası Laura Bellizzi hamiləlik dövründə ən çox danışılan iddialarla gündəmə gəlib. Bellizzi həmin vaxt Mel Gibsonla birlikdə idi. Beləliklə, onun körpəsinin də Gibsonla birlikdə olduğu barədə şayiələr yayılıb. Ancaq həqiqət sonradan ortaya çıxdı. Bellizzinin daşıdığı körpənin atası onun əvvəlki sevgilisi Karter Reum olub. O vaxtkı şayiələrə görə, Reum və Bellizzi 2011-ci ildə qısa bir münasibət yaşayıb. Ayrılmadan əvvəl Bellizzi hamilə olduğunu anlayıb. Lakin bu vəziyyət onların bitən münasibətlərini xilas edə bilməyib.



Laura Bellizziyə yaxın mənbə iddia edib ki, Reum bütün var-dövlətinə baxmayaraq qızı üçün bir qəpik də xərcləməyib. "Karter heç vaxt qızı Eviyə ad günü kartı göndərməyib və ya Milad hədiyyəsi almayıb. Karter qızına bir dənə də olsun kiçik hədiyyə belə verməyib"- deyən mənbə, atasının balaca Evini vecinə almadığını bildirib. Onun sözlərinə görə, Evinin tək istəyi atası ilə bir qədər əlaqə saxlamaqdır.


Mənbə iddia edir ki, 10 yaşına qədər ata sevgisi olmadan böyüyən Evie, Karter Reum və Paris Hiltonun toyunun atasına qovuşmasına səbəb olmasını çox istədiyini iddia edir. Hətta atasına yazdığı əlyazma məktubunda onunla görüşmək şansı istəyib.


Balaca qız, Karter Reumun ürəyini çox qırsa da, onunla münasibət qura bilmək istədiyini ifadə edib. Ailəsinin qalan hissəsi ilə görüşmək istədiyini bildirən Evie hər şeyə rəğmən atasına qarşı hirsləndiyini, ancaq bunun öhdəsindən gəlməyə çalışdığını yazıb. O, "Mənə cavab verməyi seçsəniz çox şad olaram. Cavab verməsəniz ürəyim yenidən parçalanacaq, amma bilirəm ki, çox darıxacaqsınız. Çünki heyrətamizəm". Balaca Evie məktubunu “Səni sevirəm” sözləri ilə tamamlayıb.



Keçən il yazdığı və bütün dünyaya elan edilən bu məktub Evie üçün bir növ terapiya olub. Lakin Reum heç vaxt məktuba cavab verməyib. Daha dramatik olanı isə odur ki, Karter Reumun ailəsi də balaca Evie ilə görüşmək istəmir.



Qəzetə danışan mənbə həm atası Karter Reumun, həm də hazırda evli olduğu Paris Hiltonun Evie ilə maraqlanmamasını onlar üçün utanc kimi qiymətləndirib. Mənbə, bunun sadəcə onların itkisi olduğunu düşünür. Çünki Evienin çox böyük ürəkli bir qız olduğuna inanır.
 

Aysel


OXŞAR XƏBƏRLƏR