Erməni əsilli müğənni və həyat yoldaşı dağıntılar altında qaldı 

Erməni əsilli müğənni və həyat yoldaşı dağıntılar altında qaldı 

Fevralın 6-da Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələdən sonra Diyarbəkirdə erməni əsilli müğənni Zilan Dəclə və həyat yoldaşı dağıntılar altında qalıb.

 

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, Zilan Dəclə və onun əri Çağdaş Çankayanı dağıntılar altından hələ də çıxarmaq mümkün olmayıb.  Qeyd edək ki, Zilan Dəclə 1972-ci ildə anadan olub. O, həm ata, həm də ana tərəfdən ermənidir. 

 

Xatırladaq ki, Türkiyədə baş verən zəlzələ nəticəsində Malatyada iki erməni həlak olub.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR