Məşhur alim İlbər Ortaylıdan HƏYƏCAN TƏBİLİ: "Onlar haradadır?"

Dünya
13:10 / 07.02.2023
14859
Məşhur türkiyəli tarixçi alim İlber Ortaylı zəlzələ ilə bağlı həyəcan təbili çalıb.
Sfera.az bildirir ki, bu barədə o, sosial şəbəkə hesabından paylaşım edib.
“Təcili! Dünya tikinti sektorunda birinci yerdə olan bu ölkənin podratçıları haradadır? İş maşınları haradadır? Təcili olaraq əraziyə kranlar və ekskavatorlar göndərilməlidir. Hazırda zamanla yarışırıq. Sabah çox gec ola bilər. Minlərlə insan böyük ümidlərlə tikinti maşınlarını gözləyir”.
Tarixçi qeyd edib ki, hazırkı qış şəraitində heç kim üşüməməlidir: “Dövlətin dəstəyi ilə bu dəfə zavodlar könüllü işləməli, köməyə tələsməlidir”.
Türkan