Logo

Nyu-Yorkda son 40 ilin ən güclü zəlzələsi oldu

Nyu-Yorkda son 40 ilin ən güclü zəlzələsi oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nyu-Yorkda son 40 ilin ən güclü zəlzələsi baş verib.

Sfera.az "NBC" telekanalına istinadən xəbər verir ki, zəlzələ Nyu-York ştatının şimal-qərbində baş verib.

Seysmoloqların məlumatına görə, 3,8 bal gücündə zəlzələ Eri bölgəsində qeydə alınıb, yeraltı təkanların episentri isə Qərbi Senekadan 2 km şərqdə yerləşib. Zəlzələ Niaqara şəlaləsi ərazisində hiss olunub.

Mümkün ziyanla bağlı hələlik məlumat daxil olmayıb.

Qeyd edilir ki, 1983-cü ildən bəri Buffalo şəhəri yaxınlığındakı Qərbi Seneka ərazisində 2,5 baldan yuxarı 24 zəlzələ qeydə alınıb.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR