Türkiyənin bu hava limanları mülki uçuşlara bağlandı
Kateqoriya məlum deyil
Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələnin dağıntıları səbəbindən Qaziantep, Adana və Kahramanmaraş hava limanları mülki uçuşlara bağlanıb.
Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb zəlzələdən sonra axtarış-xilasetmə qrupları və yardım ləvazimatlarını daşıyan təyyarələrin bölgəyə vaxtında çatmasıdır.
Bildirilib ki, hava limanında yalnız yardım və axtarış-xilasetmə qruplarını daşıyan təyyarələrin qalxıb-enməsinə icazə verilir.






