Logo

Türkiyədə zəlzələ nəticəsində 76 nəfər öldü, 440 nəfər yaralandı - YENİLƏNDİ

Türkiyədə zəlzələ nəticəsində 76 nəfər öldü, 440 nəfər yaralandı - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb.

Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.

Adana şəhərində isə 17 və 14 mərtəbəli yaşayış binası tamamilə dağılıb.

Hazırda şəhərdə ümumilikdə 3 bina çöküb.

Şanlıurfa bələdiyyə başçısı isə bölgədə 16 binanın çökdüyünü, dağıntılar altında vətəndaşların qaldığını bildirib.

İlkin ehtimallara görə Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfər ölüb.

Ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir.

****

Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.

Bunu təbii fəlakətdən zərər çəkmiş Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərinin valilərinin məlumatları sübut edir.

****

Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Gülər

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR