Köpək balığı yeniyetməyə hücum etdi - Qız aldığı yaralardan öldü

Köpək balığı yeniyetməyə hücum etdi - Qız aldığı yaralardan öldü

Qərbi Avstraliyada Qu çayında köpək balığının hücumuna məruz qalan 16 yaşlı qız ölüb.


Sfera.az bildirir ki, yeniyetmələr Pert şəhəri yaxınlığında reaktiv xizək sürərkən mediada adı hallandırılmayan qız delfin sürüsü görüb və onlarla birlikdə üzmək üçün suya tullanmaq qərarına gəlib. Dostlarının dediyinə görə, həmin an ona köpək balığı hücum edib.
 

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları ayağından ağır xəsarət alan şəxsi sudan çıxarıblar. Həkimlərin yeniyetməni xilas etmək üçün əllərindən gələni etsələr də, qızı xilas edə bilməyiblər. Yeniyetmə qan itkisindən dünyasını dəyişib.

 

Qeyd olunur ki, Qu çayında ölümcül köpəkbalığı hücumu yalnız yüz il əvvəl - 31 yanvar 1923-cü ildə baş verib.
 

Qərbi Avstraliya Polisinin müfəttişi Paul Robinson hadisəni “çox, çox travmatik" adlandırıb.
 

"Bu, bütün hadisə iştirakçıları və qızı tanıyan hər kəs üçün son dərəcə travmatik bir hadisədir, ona görə də onun xəsarətlərinin təfərrüatlarına varmayacağam"-deyə bildirib.
 

Balıqçılıq mütəxəssislərinin də dediklərinə görə, çayın bu hissəsində köpək balıqlarına nadir hallarda rast gəlinir. Bununla belə, polis insanları daha diqqətli olmağa və çimərliklərin bağlanması qadağasına hörmət etməyə çağırır.
 

Xatırladaq ki, yanvarın 31-də atası ilə okeanda balıq tutarkən köpək balığı tərəfindən dişlənmiş avstraliyalı 8 yaşlı Manni Alamanın həyatı xilas edilib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR