“ABŞ Ukraynanı qurban verir” – Baydenə sərt ittiham

“ABŞ Ukraynanı qurban verir” – Baydenə sərt ittiham

“ABŞ tanklarının Ukraynaya göndərilməsi Co Baydenin hiyləsidir”.

 

Sfera.az bildirir ki, bunu keçmiş kəşfiyyatçı, BMT-nin İraqdakı keçmiş silah müfəttişi Skot Ritter deyib. O, qeyd edib ki, Bayden bunu  nüfuzunu və dəstəyini qorumaq üçün edir.

 

“Ukrayna prezidenti Zelenski də alacağı tankların sayının əhəmiyyətli dəyişikliyə səbəb olmayacağına eyham vurub. Biz onlara verilən tapşırığı yerinə yetirmək üçün kifayət etməyən sursatlar veririk, həm də zamanında göndərmirik. 30 tankın döyüş meydanında heç bir təsiri olmayacaq. Bu, siyasi örtükdür”.

 

Sabiq kəşfiyyatçı həmçinin, amerikalı siyasətçilərin də oxşar addım atdığını vurğulayıb: “Onlar  sonradan Ukraynaya kömək etmək üçün əllərindən gələni etdiklərini, lakin bunun yetərli olmadığını demək üçün imkan yaradırlar. ABŞ Ukraynanı qurban verir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR