“Putin qəti əmr verib, bütün Ukrayna yanacaq” – Medvedev hədələdi

“Putin qəti əmr verib, bütün Ukrayna yanacaq” – Medvedev hədələdi

“Ukrayna Krıma zərbələr endirəcəyi təqdirdə danışıqlar olmayacaq”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O, sözügedən ehtimalın baş tutacağı halda, Kiyevin nəzarətində olan bütün ərazilərə cavab zərbələrinin endirələcəyini vurğulayıb.

 

“Kiyevin hakimiyyəti altında qalan bütün Ukrayna yanacaq. Bizim cavabımız istənilən formada ola bilər. Rusiya prezidenti bunu qəti şəkildə deyib. Rusiya özünə heç bir məhdudiyyət qoymur - təhdidlərin xarakterindən asılı olaraq bütün növ silahlardan istifadə etməyə hazırıq. Mən sizi əmin edə bilərəm: cavab tez, sərt və təsirli olacaq”, - deyə siyasətçi əlavə edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR