Rusiyalı iş adamının müsadirə edilmiş pulu Ukraynaya verildi

Rusiyalı iş adamının müsadirə edilmiş pulu Ukraynaya verildi

“ABŞ hakimiyyəti tarixdə ilk dəfə Rusiya vətəndaşından müsadirə edilmiş vəsaiti Kiyev rejiminə təhvil verib”.

 

Sfera.az bildirir ki, bunu ABŞ-ın baş prokuroru Merrik Qarland deyib.  O, sözügedən məbləğin 5,4 milyon dollar olduğunu açıqlayıb. Söhbət isə iş adamı Konstantin Malofeyevin müsadirə edilmiş pulundan gedir.

 

"Bu gün elan edirəm ki, müsadirə edilmiş Rusiya aktivlərinin ilk dəfə Ukraynada istifadəsi üçün köçürülməsinə icazə vermişəm", deyə Qarland ABŞ Ədliyyə Nazirliyində keçirilən brifinqdə söyləyib.

 

Tədbirdə şəxsən iştirak edən Ukraynanın baş prokuroru Andrey Kostin Ukrayna xalqının bunu heç vaxt unutmayacağını deyib.

 

"Biz qətiyyətli tədbirlərə və dəstəyə görə ABŞ-a minnətdarıq. Ukrayna xalqı bunu heç vaxt unutmayacaq", - Kostin bildirib.

 

Ukrayna prokuroru rusiyalı iş adamının vəsaitlərinin konkret olaraq hara xərclənəcəyi barədə danışmayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR