"Üzərimizə zirehlərində xaç olan alman tankları gəlir” – Putin hədələdi

Rusiya prezidenti Vladimir Putinin son çıxışı gündəm olub.

 

Sfera.az bildirir ki, ölkə başçısı "Zirehlərində xaç olan alman tankları yenə bizə doğru gəlir" deyə söyləyib. O, bu barədə İkinci Dünya Müharibəsinin ən böyük döyüşlərindən birinin baş verdiyi “Stalinqrad”a baş çəkən zaman danışıb. Putin buradakı çıxışı ilə bir tərəfdən Qərbə, digər tərəfdən isə rus xalqına “Yenə vətən savaşındayıq” mesajları verib.

 

Almaniya istehsalı olan “Leopard” tanklarının tezliklə Ukrayna cəbhələrində olacağına münasibət bildirən Rusiya prezidenti “İnanılmaz olsa da, doğrudur. Zirehlərində eyni xaç olan alman tankları 80 ildən sonra yenidən üzərimizə yürüş edəcək. Hitler davamçılarının əlində olan bu tanklar Ukrayna torpaqlarını tapdalayacaq”, – deyə bildirib.

 

Rusiya lideri çıxışının davamında deyib ki, Rusiya Qərbə çox fərqli şəkildə cavab verəcək: “Biz tanklarımızı hazırkı müharibəyə cəlb olunmağa başlayan Avropa ölkələrinin sərhədlərinə göndərmirik. Amma cavabımızın nə olacağını çox yaxşı bilirik. Bu müharibə zirehli texnika ilə bitməyəcək. Cavabımız döyüş gəmilərinə qarşı döyüş gəmiləri ilə olmayacaq. Onlar üçün bu yeni nəsil müharibəsi çox fərqli başa çatacaq”.

 

Qeyd edək ki, İkinci Dünya Müharibəsinin Şərq Cəbhəsinin dönüş nöqtələrindən biri olan Stalinqrad döyüşü 1942-ci il avqustun 23-də başlayıb, 1943-cü il fevralın 2-də faşist Almaniyası qüvvələrinin məğlubiyyəti ilə başa çatıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR