Qurani-Kərimi yandıran Paluda pedofil imiş - VİDEO

Qurani-Kərimi yandıran Paluda pedofil imiş - VİDEO

İsveçli siyasətçi Rasmus Paludanın yetkinlik yaşına çatmayan uşaqlarla seksual xarakterli söhbətləri ortaya çıxıb.
 

Sfera.az bildirir ki, Paludanın qalmaqallı mesajlarını TRT World yayımlayıb.
 

Qurani-Kərimi yandıran irqçi siyasətçi Rasmus Paludanın internet üzərindən tanış olduğu 13-14 yaş arası uşaqlarla bir neçə cinsi əlaqədə olduğu öyrənilib.
 

 

TRT World-ün əldə etdiyi səs yazılarına görə, tanışlıq saytından istifadə edən uşaqlar açıq şəkildə Paludana yaşlarını 13-17 arasında olduğunu bildirib. Ondan neçə yaşının olduğunu soruşduqda isə Paludan 39 yaşında olduğunu bildirib.
 

Əxlaqsız ifadələr!


İsveçdə qanuni razılıq yaşı 15 olduğu halda, Paludan 13 və 14 yaşlı oğlanlarla bilərəkdən seksual xarakterli söhbətlər edib.


Paludanın uşaqlarla seksual söhbətlərindən biri 11 avqust 2021-ci ildə baş verib.
 

Söhbət əsnasında Paludan bir oğlana market arxasında biri ilə əxlaqsız münasibətdə olduğunu iddia edib.
 

Paludan 14 avqust 2021-ci ildə saytın Chat otağında danışdığı uşaqların 13-14 yaşlarında olduğunu bildiyi halda, onlarla seksual söhbətlər edib və evdə çılpaq gəzdiyini deyib.

Açıklama yok.


Səs yazılarından həmçinin o da öyrənilib ki, irqçi siyasətçi uşaqlara İslamı "niyə bəyənmədiyini" də açıqlayıb. Xəbərlərin əsassız, qərəzli və ya böhtan xarakterli olmadığının sübutu üçün bəzi səs yazılarının yer aldığı Youtube linkini təqdim edirik :

 

 

Aynil


OXŞAR XƏBƏRLƏR