İnterpol tərəfindən 16 il axtarışda olan mafiya üzvü Pizza aşpazı kimi tutuldu

İnterpol tərəfindən 16 il axtarışda olan mafiya üzvü Pizza aşpazı kimi tutuldu

İnterpol mafioz təşkilatın üzvü, 16 ildir axtarışda olan 63 yaşlı Edqardo Qrekonu saxladıqlarını açıqlayıb. Çox təhlükəli olduğu bildirilən Qrekonun restoranda pizza aşpazı işlədiyi bildirilib.


Sfera.az bildirir ki, İnterpol dünən 16 ildir qaçan mafiya tipli cinayət təşkilatı Ndrangheta üzvü Edqardo Qrekonun Fransada saxlanıldığını açıqlayıb.
 

Grekonun çox təhlükəli bir qaçaq olduğunu bildirən İnterpol onun 1990-cı illərdə iki nəfərin qətli və adam öldürməyə cəhddən ömürlük həbs cəzasına məhkum edildiyini vurğulayıb. Qrekonun Fransanın Saint Etienne şəhərindəki bir restoranda pizza aşpazı kimi çalışdığı bildirilib.
 

İtaliyadan 30 ildir qaçan və son həftələrdə sağlamlıq klinikasında saxlanılan məşhur mafiya başçısı Matteo Messina Denaro son bir neçə gün ərzində tutulub.
İtaliyanın daxili işlər naziri Matteo Piantedosi bildirib ki, Grekonun həbsinə görə polisi alqışlayır.


Hadisə ilə bağlı İnterpolun baş katibi Yurgen Stok açıqlama verib:
 

“Xaricdə sakit həyat sürməyə çalışsalar da, fərarilər həmişəlik ədalətdən qaça bilmirlər. Bütün dünyada fədakar polislər ədalətin daim təmin olunmasını təmin edəcəklər”.

 

Aysel


OXŞAR XƏBƏRLƏR