“Porsche Panamera” yanlışlıqla ucuz qiymətə satışa çıxarıldı: 18 min dollar...

“Porsche Panamera” yanlışlıqla ucuz qiymətə satışa çıxarıldı: 18 min dollar...

Çində ucuz qiymətə satışa çıxarılan lüks avtomobil alıcıların diqqətini çəkib.

 

Sfera.az bildirir ki, Yinçuan şəhərində “Porsche” dileri cəmi 124.000 yuan və ya təxminən 18.300 dollara yeni avtomobili satışa çıxarıb. Amma “Porsche”nin “Panamera” modelinin başlanğıc qiyməti əslində 148.000 dollardır.

 

Alman avtomobil istehsalçısının sözçüsü “BBC”yə bildirib ki, qeyd olunan satış qiymətində ciddi səhvə yol verilib və dərhal dəyişdirilib: "Satış prosesinə görə anbarda yalnız bir avtomobil olduğundan, “Yinchuan Porsche” dileri onlayn rezervasiya haqqını ödəmiş ilk müştəri ilə əlaqə saxlayıb və danışıqlar aparıb. Digər şəxslərlə də ünsiyyət qurulub və üzr istənilib”.

 

“Porsche” satış elanının yanvarın 30-da paylaşıldığını və 911 yuan rezervasiya haqqını ödəmiş şəxslərə məbləğin geri qaytarıldığını bildirib.

 

Qeyd edək ki, “Porsche” 20 ildən artıqdır ki, Çində avtomobil satışı ilə məşğuldur.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR