Baş nazir `Pokemon Go` ilə yaxalandı
Dünya
13:45 / 06.10.2016
1477
Norveç baş naziri Erna Solberqin parlament iclası zamanı "Pokemon GO” oyunu oynamasının fotoları yayımlanıb.
Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, baş nazir mobil telefonunda oynadığı zamanı parlament tribunasında Norveç liberallar partiyasının lideri Trine Skay Qrande çıxış edib.
Maraqlısı budur ki, Qrande özü də vaxtı ilə ölkənin uzun müddətli müdafiə strategiyasının məsələləri üzrə dinləmələr zamanı bu oyunu oynayan zaman fotoqrafların hədəfinə çevrilmişdi.
Qeyd edək ki, daha əvvəl Norveç baş naziri daha əvvəl də slovakiyalı həmkarı ilə görüş fasiləsində paytaxt Bratislavada küçələrində "pokemon” axtarışına çıxmışdı