“Tehranla müharibə bütün Yaxın Şərq üçün...” - İranın BMT-dəki daimi nümayəndəliyi

“Tehranla müharibə bütün Yaxın Şərq üçün...” - İranın BMT-dəki daimi nümayəndəliyi

ABŞ-ın İrana qarşı istənilən hərbi əməliyyatı bütün Yaxın Şərq regionu üçün mənfi nəticələri olan genişmiqyaslı münaqişəyə gətirib çıxaracaq.

Sfera.az "TASS"a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İranın İsfahan şəhərində hərbi obyektə hücumdan sonra İranın BMT-dəki daimi nümayəndəliyi açıqlama verib.

 

İran tərəfi "Newsweek" jurnalına açıqlamasında "İranın nöqteyi-nəzərindən istənilən səviyyədə hərbi variant seçmək ABŞ-ın müharibəyə girməsi deməkdir. Hazırda İran belə bir ehtimalı zəif hesab edir", - deyə bildirib.

 

İslam respublikasının BMT-dəki nümayəndəliyi həmçinin bəyan edib ki, ABŞ səhvən müharibəyə başlayarsa, belə bir münaqişənin “region və dünya üçün” nəticələrinə görə Vaşinqton cavabdeh olacaq. Daimi nümayəndəlik hadisələrin bu cür inkişafında İranın “öz təhlükəsizliyini və maraqlarını qoruya” biləcəyini vurğulayıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR