Putinin savaşın ildönümü ilə bağlı PLANI: “Fevralın 24-dək..”

Putinin savaşın ildönümü ilə bağlı PLANI: “Fevralın 24-dək..”

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyada səfərbərliyin növbəti dalğasının elan olunması ehtimalı yüksək olaraq qalır. Qeyd olunub ki, Rusiyanın hərbi-siyasi rəhbərliyi bir tərəfdən daxili narazılığı minimuma endirməyə çalışır, digər tərəfdən isə Ukraynanın gözlənilən əks-hücum əməliyyatlarının qarşısını almağa səy göstərir. Proqnoza görə, Rusiya orduda şəxsi heyətin sayını arıtrmaq üçün yollar axtarır.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiyanın imkanları getdikcə tükənir və “Vaqner” qrupu da ordunun itkilərini kompensasiya edə bilmir:

 

Qarşıdakı aylarda müxtəlif Qərb dövlətləri, o cümlədən Almaniya, Polşa, Britaniya Ukraynaya ağır tanklar verəcəklər. Ondan sonra isə Rusiyanın işi daha da çətinləşəcək. Məhz ağır tanklar sayəsində döyüş meydanındakı durum Kiyevin xeyrinə dəyişə bilər. Moskva bunu başa düşür. Ona görə də Rusiya tankların Ukraynaya təhvil verilməsinə kimi növbəti hücumlara keçməyə tələsir”.

 

Müsahibimiz xatırladıb ki, fevralın 24-də müharibənin ildönümü tamam olacaq:

 

“Həmin vaxta bir aydan da az qalıb. Rusiya fevralın 24-dək döyüş meydanında müəyyən uğur əldə etməyə çalışacaq. Bu, həm daxili, həm də beynəlxalq ictimai rəyi formalaşdırmaq üçün Kremlə lazımdır. Hər iki məqam onu deməyə əsas verir ki, qarşıdakı həftələrdə Rusiyada səfərbərliyin növbəti dalğası elan olunacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR