“İrana hücum “Mossad”ın əməliyyatı olub” - “The Wall Street Journal”

12:01 / 31.01.2023
11297
ABŞ-ın “The Wall Street Journal” (WSJ) nəşri məlumatlı mənbələrə istinadən xəbər verir ki, İrana pilotsuz aparatlarla hücum İsrailin “Mossad” təşkilatının əməliyyatı çərçivəsində həyata keçirilib.
Sfera.az xəbər verir ki, WSJ pilotsuz aparatlar vasitəsilə İranın mərkəzində, İsfahanda yerləşən Müdafiə Nazirliyinin silah istehsalı müəssisəsinə zərbə endirildiyini yazıb.
WSJ-nin məlumatına görə, əməliyyatın təşkilatçıları məqsədlərinə nail olublar. Belə ki, dörd fərqli bölgədəki binalar dəqiq zərbələrlə vurulub.
İran Müdafiə Nazirliyinin hücuma məruz qalan obyekti ballistik raket proqramı üzərində işləyirmiş.
Vasif