Kanye Uest pərəstişkarına kobud rəftar etdi, telefonunu sındırdı - VİDEO

Kanye Uest pərəstişkarına kobud rəftar etdi, telefonunu sındırdı - VİDEO

Amerikalı reper, prodüser, dizayner və Kim Kardaşyanın keçmiş əri Kanye Uest yenidən böyük qalmaqalın episentrindədir. Tez-tez insayderlər, media tərəfindən “başdanxarab” adlandırılan reper şəklini çəkməyə çalışan qadının əlindən telefonu alıb onu sındırdığı video ilə yenidən gündəm olub.
 

Sfera.az bildirir ki, hadisə Kanye qızı Nortla gəzintiyə çıxan zaman baş verib. Reper qızını basketbol oyunundan götürərkən kameranın ona yönəldiyini görüb.
 

Uest qadının avtomobilinə yaxınlaşaraq onu küçədə belə çəkməyə haqqı olmadığını bildirib. Öz növbəsində pərəstişkarı ulduzla mübahisə etməyə çalışaraq məşhur olduğu üçün onu lentə aldığını bildirib. Bu cavab Uesti daha da qəzəbləndirib və o, telefonu qadının əlindən alıb, atıb.


Hadisə paparassilərə tuş gəlib və onlar hər şeyi öz kameralarına yazdırıb, həm də polisə müraciət edilib. Medianın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Uestə qarşı cinayət işi açıb və hazırda məşhurla bağlı araşdırma aparılır.

Yeri gəlmişkən, videonun fraqmentlərindən birində Uestin yanındakı sərnişin oturacağında musiqiçinin bu yanvarda gizli şəkildə evləndiyi yeni həyat yoldaşı Bianca Censori də olub.

Aysel

 

 


OXŞAR XƏBƏRLƏR

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

İkinci Dünya Müharibəsi zamanı xarici məxfi agentlər tənha bir kottecdə yerləşdirilirdi. Agentlər nəzarət altında, mühafizə olunmurdular, lakin bəzən divarı yar...

KİV: İran İsrailə yeni raket zərbələri endirib

İranın Silahlı Qüvvələri İsrail ərazisinə ballistik raketlər atıb.   Sfera.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. ...

Abraham Linkolnun öldürülməsinin qarşısını ala bilmədiyi üçün ağlını itirdi - FOTO

Birlik ordusunun mayoru Henri Rathbone bütün həyatını günahkar hiss edərək keçirib. O, Abraham Linkolnun qatili Con Uilks Butun qarşısını ala bilmədiyi üçün ağl...

Nasistlərin illərlə işgəncə verib iki dəfə edam etdiyi admiralın dəhşətli hekayəsi

Nasistlərin ən nifrət etdiyi şeylərdən biri vətənə xəyanət idi. Bu səbəbdən Hitlerin sərt idarəçilik tərzinə qarşı çıxan admiral Kanaris ölümü dadsın deyə əvvəl...

Netanyahu: "İki dəfə Trampı öldürmək istəyib"

İran bütün Qərbi təhdid edib və iki dəfə Trampı öldürmək istəyib.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu videomü...

Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım -FOTO

Azərbaycan Prezidenti İlham Əliyev “X”dəki hesabında 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaşımı təqdim ...