Lukaşenko Zimbabvedə yerli rəqslər və güllü muncuqlarla qarşılandı - VİDEO

Lukaşenko Zimbabvedə yerli rəqslər və güllü muncuqlarla qarşılandı - VİDEO

Bu gün Aleksandr Lukaşenko Zimbabveyə səfərə gedib.


Sfera.az bildirir ki, bu barədə Belarus prezidentinin rəsmi saytında məlumat verilib.
 

Lukaşenkonu hava limanında Zimbabve prezidenti Emmerson Mnanqaqva qarşılayıb. Siyasətçilərin üzərinə gül dəstələri düzülüb. Lukaşenko milli rəqslərlə təbil zurnalarının ritmi altlnda qarşılanıb.


Rəsmi qarşılanmadan dərhal sonra siyasətçilər qısa görüş keçiriblər.

Açıklama yok.

Bu gün günün birinci yarısında Hararedə Belarus-Zimbabve biznes forumu keçirilib, bir sıra ikitərəfli müqavilələr imzalanıb. Hər iki tərəfdən nazirlik, idarə və müəssisə rəhbərləri iştirak edib.
 

Lukaşenka və Mnanqaqva arasında danışıqların rəsmi hissəsi yanvarın 31-nə planlaşdırılıb. İki dövlətin liderləri təkbətək görüşəcək, daha sonra isə iki nümayəndə heyətinin üzvlərinin iştirakı ilə görüş keçiriləcək.
 

 

Səfər zamanı Belarus tərəfi Zimbabveyə milli istehsal olan kənd təsərrüfatı texnikasının tədarükü nəzərdə tutulub. Mərasim Zimbabve Kənd Təsərrüfatı İnstitutunda baş tutacaq.


Qeyd edək ki, Belarus Aİ və ABŞ-ın respublika rejiminə qarşı sanksiyaları ilə əlaqədar Afrika ölkələri ilə tərəfdaşlıq əlaqələrini gücləndirib.


Aynil
Sfera.az

 

Açıklama yok.


OXŞAR XƏBƏRLƏR