“Spice Girls” qrupu Kral Çarlzın tacqoyma mərasimində çıxış edəcək

“Spice Girls” qrupu Kral Çarlzın tacqoyma mərasimində çıxış edəcək

“Spice Girls” Kral Çarlzın tacqoyma mərasimində tam heyəti ilə çıxış edəcək.

 

Sfera.az bildirir ki, üç gün davam edəcək tacqoyma mərasimdə təşkilatçılar “Spice Girls” qrupunu qala-konsertdə çıxış etməyə dəvət ediblər.
Qeyd edək ki, Çarlzla qrup yaxın dost sayılır.

 

“Spice Girls” və Şahzadə Çarlz bir neçə dəfə, o cümlədən 1997-ci ildə Mançester Opera Evində keçirilən qala-konsertdə görüşüblər. Birlikdə Cənubi Afrikaya səfərə gedib, Nelson Mandela ilə görüşüblər.


2006-cı ildə “Spice Girls” hətta Bukingem Sarayının bağçasında rəsmi çay süfrəsinə də qatılıblar.
 

"Kral təşkilatçıları Böyük Britaniyanın premyer qız qrupunu bir araya gətirməkdə çox maraqlıdırlar və "Spice Girls" belə bir tarixi hadisə üçün əfsanəvi heyətlə səhnəyə qayıtmağı ciddi şəkildə düşünür".
 

"Tacqoyma mərasimi Olimpiada kimi unikaldır. Düşünürük ki, bu bayram xatirinə qızlar yenidən birləşmək istəyəcəklər. Mel B və Mel C qrupun liderləridir və onlar bunu həyata keçirməyə çalışırlar”- mətbuat xidmətindən verilən məlumatda deyilir.
 

Mel B artıq əfsanəvi qrupun yenidən birlikdə çıxış edəcəyinə eyham vurub.
 

Qeyd edək ki, sonuncu dəfə "Spice Girls" 2012-ci ildə Olimpiya Oyunlarının bağlanış mərasimində tam heyətlə çıxış etmişdi. Qrup Wannabe və Spice Up Your Life adlı iki mahnı oxuyub. 2019-cu ildə qızlar konsert turu təşkil ediblər, lakin Victoria Beckham müəyyən səbəblərdən turda iştirak edə bilməyib.


Xatırladaq ki, qrup 1994-cü ildə yaradılıb, 2001-ci ildə dağılıb. Baxmayaraq ki, bu barədə rəsmi məlumat verilməyib, lakin “Spice Girls” qrupunun bütün üzvləri o zaman artıq solo karyeraya başlamışdılar.
 

Bu yaxınlarda qızlar Geri Halliwellin ad günündə yenidən bir araya gəliblər (evləndikdən sonra - Geri Horner). Ginger Spice Melanie Brown istisna olmaqla, bütün qrup dostlarını toplaya bilib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR