Gerasimov Ukraynaya hərbi müdaxilədən bir neçə gün əvvəl belə deyib

Gerasimov Ukraynaya hərbi müdaxilədən bir neçə gün əvvəl belə deyib

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynaya hərbi müdaxilədən bir neçə gün əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uollasa Rusiyanın “bir daha heç vaxt alçaldılmayacağını” deyib.

 

Sfera.az xəbər verir ki, Uolles bu barədə "BBC Two"da nümayiş olunacaq “Putin Qərbə qarşı” sənədli filmində danışıb.

 

Britaniyalı nazirin sözlərinə görə, 2022-ci il fevralın 11-də o, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşmək üçün Moskvaya gəlib. Görüş zamanı Rusiya hərbçiləri qonşu dövlətə geniş miqyaslı müdaxilə etmək fikrində olmadıqlarını açıqlayıblar. Uollesin sözlərinə görə, o, Moskva təmsilçilərinin yalan danışdığını bilib.

 

Uollas Rusiya Müdafiə Nazirliyinin nümayəndələrinin davranışını “təhdid və ya güc nümayişi” kimi qiymətləndirib.

 

Uollas görüşün sonunda Gerasimovun sözlərini xüsusilə xatırlayıb: “Biz bir daha heç vaxt alçaldılmayacağıq”.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR