Peskov: “Conson yalan danışır, o, Putinin nə dediyini başa düşməyib”

Peskov: “Conson yalan danışır, o, Putinin nə dediyini başa düşməyib”

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya müdaxilə ərəfəsində telefon danışığı zamanı onu raket hücumu ilə hədələdiyini deyib .

 

Sfera.az xəbər verir ki, sənədli film üçün "BBC"yə danışan Conson Rusiya liderinin ondan Ukraynanın NATO-ya qoşulmasının perspektivləri barədə soruşduğunu və bunun "yaxın gələcək üçün" mümkün olmayacağını söyləyib.

 

"Bir anda o, məni hədələdi və dedi ki, Boris, səni incitmək istəmirəm, ancaq bir raketlə bu, cəmi bir dəqiqə çəkər..."

 

Lakin Kreml bunun nə vaxtsa baş verdiyini inkar edib.

 

Belə ki, Kremlin sözçüsü Dmitri Peskov Consonun dediklərinin həqiqətə uyğun olmadığını, daha doğrusu, yalan olduğunu bildirib.

 

Peskov deyib: “Heç bir raket təhlükəsi olmayıb. Bu, yalandır – ona görə də cənab Consondan soruşmalısınız ki, niyə belə ifadə etməyi seçib. Bu, şüursuz bir yalandır və o, Putinin onunla nə haqda danışdığını əslində başa düşməyib”.

 

Peskov, Putinin Consona Ukraynanın NATO-ya qoşulması halında ABŞ və ya NATO raketlərinin, Rusiya sərhədləri yaxınlığında yerləşdirilən raketlərin bir neçə dəqiqə ərzində Moskvaya çata biləcəyini necə izah etdiyini və anlaşılmazlıq ola biləcəyini söyləyib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR