Logo

Həbsdə olan Aleksey Navalnı tanınmaz halda - FOTO

Həbsdə olan Aleksey Navalnı tanınmaz halda - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hazırda həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı tanınmaz hala düşüb.

Sfera.az xəbər verir ki, 46 yaşlı Navalnının fotosunu rusiyalı müxalif jurnalist Kirill Martınov öz tviter hesabında paylaşıb.

“2023-cü ildə Rusiyada azad insanın portreti”, - deyə Martınov qeyd edib.

Fotodan onun həbsxanada olduğu 2 il ərzində əhəmiyyətli dərəcədə çəki itirdiyini görmək mümkündür.

Xatırladaq ki, 2021-ci ilin fevralında Rusiyanın Federal Penitensiar Xidmətinin tələbi ilə A.Navalnının “İv Roşe” işi üzrə şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Belə ki, 2013-cü ilin oktyabrında Aleksey və Oleq Navalnı qardaşlarına qarşı “İv Roşe - Vostok” şirkətindən 26 milyon rubl və daha bir şirkətdən 4 milyon rubl (birlikdə 30 milyon rubl – 500 min dollar) dəyərində vəsait mənimsəməklə bağlı ittiham irəli sürülüb.

2022-ci ilin martında isə Moskvanın Lefortovo Rayon Məhkəməsi həbsdə olan siyasətçini dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.

Həbsdə olan Aleksey Navalnı tanınmaz halda - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR