“Rusiya XİN-nin bəyanatı Ermənistana sonuncu xəbərdarlıq idi" - Arman Abovyan
Kateqoriya məlum deyil
“Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı Ermənistana sonuncu xəbərdarlıq idi”.
Sfera.az xəbər verir ki, bu barədə erməni politoloq Arman Abovyan danışıb.
O bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı xəbərdarlıq xarakteri daşıyır və görünür, sonuncudur:
“Hər kəs anın ciddiliyini anladı və ABŞ Dövlət Departamentinin Qərb adından reaksiya verməsi təsadüfi deyil. Bildirilib ki, sülhməramlılarla maraqlanmırlar, çünki 2020-ci ildə regionda kimin olacağı ilə bağlı qərar qəbul ediləndə biz orada deyildik. Amma başqa məsələlər üzərində işləməyə davam edəcəyik. Yəni, Ermənistan ərazisi geosiyasi döyüşlər zonasına çevriləcək. Ermənistanın Suriyaya çevriləcəyi ilə bağlı söhbətlər reallığa çox yaxındır” – deyə Arman Abovyan deyib.






