Logo

Ukrayna Belarusla sərhədə ordu yeritdi

Ukrayna Belarusla sərhədə ordu yeritdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın 17 min hərbi qulluqçusu Belarusla sərhəddə toplaşıb.

Sfera.az xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin rəhbəri Anatoli Lappo bildirib.

Onun sözlərinə görə, silahlılar təkcə sərhədçilərdən ibarət deyil, onların aralarında digər hərbi birləşmələrin üzvləri də var.

Lappo vurğulayıb ki, hazırda Belarusun dövlət sərhədinin mühafizəsində əsas səylər Ukrayna istiqamətinə yönəlib.

"Sərhəddə Ukraynanın mülki əhalisinə silah paylanılması, ərazidə daim uçan pilotsuz təyyarələr və sərhəd zonasının minalanmasını müşahidə edirik. Ukrayna tərəfi Belarusa gəlmək istəyən vətəndaşlarını sərhəddən buraxmır. Biz insanları qəbul etməyə hazırıq və onları əvvəllər də qəbul etmişik. Lakin Ukrayna tərəfi buna imkan vermir", - Belarus Dövlət Sərhəd Komitəsinin rəhbəri qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR