Stiven Kinq ruslara müraciət etdi: “Putin getməlidir”

Stiven Kinq ruslara müraciət etdi: “Putin getməlidir”

Amerikalı yazıçı Stiven Kinq Rusiya xalqına müraciət edərək Ukraynada müharibəni dayandırmağa çağırıb. O, bu mesajı yanvarın 28-də öz Twitter səhifəsində yazıb.

 

Sfera.az bildirir ki, Stiven Kinq Rusiyanı mənasız müharibə apardığına və mülki insanları atəşə tutduğuna görə tənqid edib.

 

O, Rusiyanın təcavüzünü və qoşunların Ukrayna ərazisinə daxil olmasını, həmçinin Ukraynanın dinc bölgələrinə hücumları pisləyib.

 

"Allah xatirinə, Rusiya, Ukraynadakı bu mənasız müharibəni dayandır! Silahsız mülki insanları bombalamağı dayandır" -deyə Stiven Kinq yazıb. “Putin istefa verməlidir”.
 

Stiven Kinqin tvitinə 64 mindən çox bəyənmə gəlib və çoxlu şərhlərə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçisi yazıçının tələbini dəstəkləsə də, bəziləri düşmənçiliyi dayandırmaq üçün sözlərin kifayət etməyəcəyini qeyd edib. Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti də məşhurun ​​müraciətinə münasibət bildirib və rusların müharibəni bitirmək istəmədiyini bildirib. Buna baxmayaraq, Ukrayna qoşunları onları geri çəkilməyə məcbur edəcək.

 

Qeyd edək ki, bu yazıçının Ukraynanı açıq şəkildə ilk dəstəkləməsi deyil. Oktyabr ayında da Stiven Kinq bütün dünya adından Rusiyanı Ukrayna torpaqlarından çıxmağa çağırıb.
 

Dekabrda o, detektiv romanları ilə məşhurlaşan yazıçı həmkarı Don Uinslounun sorğusunu cavablandırarkən, 2023-cü il üçün ən əziz arzusu kimi Ukraynada sülhü qeyd edib.

Qeyd edək ki, noyabrda Ukrayna Ali Radası səhvən Stiven Kinqin Ukraynaya gəlişini elan edib. Mətbuat xidməti bəzi KİV-lərə inanaraq yazıçının Kiyevə Varşavadan qatarla gələcəyini bildirib. Daha sonra mətbuat şayiələri təkzib edib, lakin istənilən vaxt Stiven Kinqə xidmət göstərməkdən məmnun olduqlarını bildiriblər. Ukrayna Prezident Aparatının müşaviri bildirib ki, həmin vaxt hətta ulduzu görmək ümidi ilə çoxlu azarkeş Kiyev vağzalına gəlib.


Aynil

 


OXŞAR XƏBƏRLƏR