Logo

"Bu ölkə addım-addım müharibəyə doğru sürüklənir" - Orbandan XƏBƏRDARLIQ

"Bu ölkə addım-addım müharibəyə doğru sürüklənir" - Orbandan XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Almaniyanın Ukraynaya tanklar göndərməsi almanları münaqişədə birbaşa iştiraka yaxınlaşdırır".

Sfera.az MK-ya istinadla xəbər verir ki, bununla bağlı Macarıstanın baş naziri Viktor Orban xəbərdarlıq edib.

"Əvvəlcə almanlar oraya öldürücü silah göndərmək istəmədiklərini bildirərək əsgər dəbilqələrini göndərdilər", - Orban hökumətin sosial media səhifəsində yazıb.

O, əlavə edib ki, indi söhbət tanklara çatıb və artıq təyyarələrdən danışmağa başlayıb.

"Addım-addım almanlar müharibəyə doğru sürüklənir", - Macarıstanın baş naziri qeyd edib və əlavə edib ki, Macarıstan münaqişənin əvvəlindən sülh tərəfdarı olduğu üçün Ukrayna ordusunu silahla təmin etməkdən imtina edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR