Rusiyanın ƏN BÖYÜK QORXUSU: Əvvəl Almaniya, indi ABŞ...

Rusiyanın ƏN BÖYÜK QORXUSU: Əvvəl Almaniya, indi ABŞ...

ABŞ və Almaniya aylarla davam edən müzakirələrdən sonra Ukraynaya tanklar göndərməyi planlaşdırır.

 

Sfera.az bildirir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb. Qeyd olunub ki, ABŞ-ın Ukraynaya onlarla “M1 Abrams” tankı göndərəcəyini elan etməsi gözlənilir.

 

“ABŞ və Almaniya tanklarının Ukraynaya göndərilməsi “Rusiyanın ən böyük qorxusu” kimi qiymətləndirilir. Çünki Ukraynanın bu silahlarla meydanda ciddi üstünlük əldə edəcəyi gözlənilir”, deyə bildirilib.

 

Adını açıqlamayan məmur qəzetə müsahibəsində Ukraynaya göndəriləcək tankların sayının 30-50 arasında ola biləcəyini deyib. ABŞ-ın “M1 Abrams” tanklarını Ukraynaya nə vaxt göndərəcəyi isə bəlli deyil.

 

Məlumata görə, Almaniya kansleri Olaf Şolz da Ukraynaya ən azı 14 “Leopard 2” tankının göndərilməsinə razılıq verib. Almaniyanın "Der Spiegel" jurnalı sözügedən xəbəri hökumət mənbələrinə istinadən yazıb. Lakin hər iki ölkədən hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

 

Qeyd edək ki, dünən Rusiya Ukraynaya alman tanklarının göndərilməsi ilə bağlı Berlinə xəbərdarlıq edib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, bu tədarüklər Berlin-Moskva arasında gələcək münasibətlərə yaxşı heç nə vəd etmir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR