Zelenski son kadr dəyişikliklərindən danışıb

Zelenski son kadr dəyişikliklərindən danışıb

Ukrayna prezidenti Volodimir Zelenski son kadr dəyişikliklərindən danışıb.

Sfera.az bildirir ki, o, “Telegram” kanalında yayımladığı videomüraciətdə prosesin davam edəcəyini vurğulayıb.

 

"Bu gün cəmiyyət qəbul edilən növbəti kadr qərarlarını gördü. Müvafiq addımlar bundan sonra da olacaq", - deyə Ukrayna lideri bildirib.

 

Prezident əlavə edib ki, dövlətə mane olan istənilən daxili problem aradan qaldırılacaq. Onun sözlərinə görə, bu, Avropa institutları ilə yaxınlaşmağa kömək edəcək.

 

Qeyd edək ki, bazar ertəsi Zelenski öz ofisinin rəhbərinin müavini Kirilo Timoşenkonun istefası haqqında fərman imzalayıb. O, Kiyev vilayəti administrasiyasının keçmiş rəhbəri Aleksiy Kulebanı özünə yeni müavin təyin edib. Çərşənbə axşamı prezident üç rayonun, eləcə də Kiyevin nəzarətində olan Xerson və Zaporojye vilayətlərinin bir hissəsinin rəhbərini vəzifəsindən azad edib. Bundan əlavə, müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov çərşənbə axşamı ölkənin silahlı qüvvələrinin ehtiyacları üçün ərzaq alınması ilə bağlı korrupsiya qalmaqalı fonunda istefa verib. Həmçinin çərşənbə axşamı baş prokurorun müavini Aleksiy Simonenko vəzifəsindən azad edilib, icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini İvan Lukerya istefa verib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR