Moskvada 1918-ci ildən sonra BİR İLK - Rekord QEYDƏ ALINDI

Moskvada 1918-ci ildən sonra BİR İLK - Rekord QEYDƏ ALINDI

2022-ci ildə Moskvada son 105 ildə rekord sayda nikah qeydə alınıb.


Sfera.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın paytaxtında ilk dəfə olaraq nikahların sayı 100 mini ötüb.


Paytaxt meriyasının məlumatına əsasən, 2022-ci ildə nikah sayı 15 faiz artıb. Paytaxtda 100 613 cüt nikaha daxil olub. Bu, 1918-ci ildən bəri qeydiyyata alınan ən yüksək göstəricidir. 


Sosial inkişaf məsələləri üzrə mer müavini Anastasiya Rakova qeyd edib ki, bağlanan nikahların sayı ilk dəfə 100 min həddinə 2014-cü ildə çatıb. Amma sonrakı illərdə bu həddi keçmək mümkün olmayıb. 


Moskvalıların evlənmək üçün ən çox seçdiyi tarix fevralın 22-si olub. Həmin tarixdə Moskvada 1,5 minə yaxın cütlük evlənib. 


Evlənmək üçün həftənin ən populyar günü isə şənbədir. Şənbə günü nikahların 30%-i bağlanıb.


Məlumat üçün bildirək ki, Moskva əhalisinin sayı 13 milyon nəfərdir. Ötən il Moskvada hər 1000 nəfərə 7,7 nikah düşüb. 


Bakı ilə müqayisədə Moskvada nikahların sayı daha çoxdur. Bakıda hər 1000 nəfərə 6,5-7 nikah düşür. 


Azərbaycanda isə bu göstərici 6,2-dir.  


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...